15 Mart, 2011
Sunami onu apara bilmədi

60 yaşlı bir yapon vətəndaşı xilas olub

Simsar.az "Ensonhaber"e istinadən xəbər verir ki, Yaponiyada baş verən sunamidən sonra insanlar qeyri-adi hadisə ilə üzləşiblər. Hadisənin qeyri-adiliyi ondadır ki, sunami dalğalarının hündürlüyünün 15 metrdən artıq olmasına baxmayaraq, fəlakət bölgəsindən heç bir xəsarət almadan 60 yaşlı bir yapon vətəndaşı xilas olub. 

Belə ki, təbii fəlakətdən sonra hadisə yerinə gedən yapon hərbçiləri dənizin ortasında bir qaraltı görüb.

Görünən qaraltıya yaxınlaşan əsgərlər bunun dənizdə üzən ev olduğunu görüblər. Ən maraqlısı da odur ki, evin damında 60 yaşlı Hiromti Şinkavi adlı şəxs olub.

Üzləşdiyi hadisə ilə bağlı məlumat verən Şinkava deyib ki, həyat yoldaşı ilə birlikdə zəlzələnin təkanını hiss edən kimi onlara lazım olan əşyanı götürmək üçün evə giriblər. Bu zaman əraziyə gələn sunami onun həyat yoldaşını aparıb. Kişi isə möcüzə nəticəsində sağ qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!