22 May, 2014
“Türk yazı günü” forumu keçirildi

Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli dövlətlərin “Türk yazı günü” mövzusunda Beynəlxalq forumu keçirilib.

Forumun iştirakçısı, Qazaxıstanın ictimai siyasi xadimi, şair, yazıçı-ədəbiyyatşünas  Oljas  Süleymenov müsahibəsində bildirib ki, Türk Akademiyasının forumunun türk yazısına həsr olunmasının çox böyük əhəmiyyəti var. Türk yazısının şumer   heroqliflərindən başlanması artıq elmdə sübut olunub. Bu məsələ “www.oljas1001 söz” saytında da müxtəlif dillərdə öz əksini tapacaq.

“Növbəti belə foruma qədər böyük türk yazısı ilə əlaqədar dolğun bir kitabın ərsəyə gəlməsi vacibdir. Bu kitab ortaq türk yazısının problemlərinə həsr olunacaq. Ona  görə  ki,  türk  xalqlarının, türk  mədəniyyətinin  tarixi  bir başa  türk  yazısı  ilə  sıx  bağlıdır” - deyə O.Süleymenov bildirib.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!