14 Mart, 2011
"Reallıqları hamı dəqiq nəzərə alsa..." - "Ölkənin taleyi etibarlı əllərdədir"

İsa Qəmbər dedi, Əli Əhmədov cavab verdi

Martın 14-də ATƏT sədri ilə Azərbaycandakı siyasi partiyalar arasında keçirilən görüşdən bir qədər əvvəl bir yerdə oturan YAP icra katibi Əli Əhmədovla Müsavat başqanı İsa Qəmbər bir-biri ilə hal-əhval tutublar ("deyerler.org"). 

Əli Əhmədov: Nə var, nə yox, necəsiniz?

İsa Qəmbər: Hər şey qaydasındadır. Bilirəm, bir az xaricə gedənlərimizdən narahatsız, onlar da qayıdırlar.

Əli Əhmədov: Aha, təbrik edirəm, təbrik edirəm. Bütün gedənlər qayıtsın.

İsa Qəmbər: Yeni gələnlər də var, prinsipcə, her şey qaydasındadır. Sadəcə reallıqları hamı dəqiq nəzərə alsa, ölkənin taleyində də hər şey daha yaxşı olar.

Əli Əhmədov: Çox sağ olun. Ölkənin taleyindən narahat olmayın... Ölkənin taleyi etibarlı əllərdədir. (Deyir və bundan sonra üzünü yana çevirir).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!