14 Mart, 2011
Bəhreyndə tərəflər masa arxasında əyləşdi

Bu gün Bəhreyndə müxalifətlə hakimiyyət arasında müzakirə başlayıb 

Simsar.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Əl-Vifak Partiyasının təmsilçiləri şahzadə Salman Əl-Xəlifə ilə görüşüblər.

Görüşdə ölkədə yaranmış siyasi böhrana son qoymaq üçün milli dialoq mexanizmləri müzakirə olunub. Şahzadə söz verib ki, parlamentin səlahiyyətlərinin genişlənməsi, hökumətdə islahatlar aparılması və seçki dairələrinin konfiqurasiyasının dəyişilməsi məsələləri dialoqun gedişində müzakirə olunacaq.

Qeyd edək ki, Bəhreyndə kral ailəsi sünni, ölkə əhalisinin əksəriyyəti isə şiədir. Əl-Vifak Partiyası da şiələri təmsil edir.

Xatırladaq ki, bu gün Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri Bəhreyn Krallığının ərazisinə daxil olub. Əsas qüvvələr Səudiyyə Ərəbistanına məxsus 1000 nəfərlik bölmədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!