14 Mart, 2011
Abdulla Gül: "İzləyirəm"

Prezident İbrahim Tatlısəsin səhhəti ilə maraqlanır

Simsar.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdulla Gül İbrahim Tatlısəsə qarşı edilən sui-qəsd hadisəsinə münasibət bildirib. 

Prezident deyib ki, İbrahim Tatlısəsə qarşı edilən sui-qəsdin sifarışçilərin tezliklə üzə çıxması üçün aparılan araşdırmalara nəzarət edir. Türkiyə dövlət başçısı bu açıqlamanı ölkəsində rəsmi səfərdə olan Xorvatiyanın prezidenti İvo Josipoviclə keçirdiyi birgə mətbuat konfransında deyib.

Abdulla Gül həmçinin qeyd edib ki, o sənətçinin səhhəti ilə maraqlanıb və təhlükəli heç bir şeyin olamdığını öyrənib. Dövlət başçısının sözlərinə gərə, səlahiyyətli şəxslər bildirib ki, qısa zamanda Tatlısəs sağalacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!