20 May, 2014
Qafqaz Universitetinin tələbələri qalib gəldi

Rumıniyanın paytaxtı Buxarest şəhərində beynəlxalq ''İnfoMatrix'' Olimpiadası keçirilib. Simsar.az xəbər verir ki, yarışmaya müxtəlif ölkələrdən komandalar qatılıb. ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM) ''İnfoMatrix'' Olimpiadasında iştirak edib. Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun ''QUsumo'' komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarının məğlub edərək qızıl medala layiq görülüb.

Qafqaz Universiteti kompyuter mühəndisliyi ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bəkirlinin iştirak etdiyi bu olimpiada dünyada robot sahəsində ən nüfuzlu olimpiada kimi qəbul olunur.

Qeyd edək ki, olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanırlar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!