14 Mart, 2011
Runi qovulur

İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Aleks Ferqyuson yayda Ueyn Runini satmağı qərara alıb

Simsar.az-ın “News of the World”a istinadən verdiyi məlumata görə, Ferqyuson hücumçunun rəqib qapılarını topa tutmasının fərqində də deyil. 

Təcrübəli mütəxəssisin Runi ilə yenidən vidalaşmaq istəyinə onlar arasındakı kəskin fikir ayrılıqları səbəb olub. Hətta iş o yerə çatıb ki, bu münasibətlər digər futbolçulara da mənfi təsir göstərib.

“Mankunianlar”ın bir neçə oyunda uğursuzluğundan, xüsusən, Premyer Liqada “Liverpul”a 1:3 hesablı məğlubiyyətindən sonra Runi mövsümün əvvəlində olduğu kimi, yenə klubu tərk etmək istədiyini söyləyib. O, komandanın heyətinin zəifliyindən şikayətlənib. Baş məşqçi isə ulduz futbolçuya məsləhət görüb ki, əvvəlcə özünə fikir yönəltsin, sonra digərlərini tənqid etsin.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!