14 Mart, 2011
Zavodda yanğın

Hadisə faciə ilə nəticələnib

Bakıdakı zavodların birində yanğın hadisəsi olub

Martın 13-də saat 01.30 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsində yanğın hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəsəbədəki Maşınqayırma Zavodunun girişində yerləşən gözətçi otağı yanıb.


Nəticədə otağın yanar konstruksiyaları və oradakı əşyalar yararsız vəziyyətə düşüb. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Hafiz Hüseynovun yanmış meyiti aşkar edilib.

Araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!