14 Mart, 2011
Vaqif Mustafazadənin doğum günü qeyd olunacaq

Tədbir bəstəkarın ev muzeyində keçiriləcək

Martın 16-sı Azərbaycanda caz-muğamın banisi, məşhur pianoçu, bəstəkar, əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. 

Hər il olduğu kimi bu il də cazmenin doğum günü Vaqif Mustafazadənin ev muzeyində qeyd olunacaq. Muzeyin direktoru Afaq Əliyevanın Lent.az-a verdiyi məlumata görə, tədbirdə cazmenin həyat və yaradıcılığı barədə çıxışlar olacaq. Bununla yanaşı, Vaqif Mustafazadə adına incəsənət məktəbinin şagirdləri və Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı konsert proqramı ilə çıxış edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!