14 Mart, 2011
Qarabağ münaqişəsi Konqresdə

Azərbaycanın münaqişəyə dair mövqeyi müzakirə olunacaq

Martın 25-də ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh danışıqları və Azərbaycanın münaqişəyə dair mövqeyi ətrafında müzakirələr keçiriləcək.

Bu barədə APA-nın Vaşinqton müxbirinə Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) ABŞ Konqresinin komitə iclasında Qarabağ məsələsi və Azərbaycanın ABŞ-dakı diasporuna həsr olunmuş treninq təşkil edəcək.

Siyasi şərhçilər və rəsmilər sülh və sabitliyə maneə olan Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. İştirakçılar həmçinin erməni təbliğatında istifadə olunan əsas arqumentlər və texnikaya diqqət yetirəcək, daşnak təbliğatçıları ilə mübahisəyə imkan yaradacaqlar.

USAN-ın treninqində təşkilatın təsisçisi və direktoru Adil Bağırov və Bədir Məmmədli ilə yanaşı bir neçə xüsusi çıxışçılar da iştirak edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!