14 Mart, 2011
Tatlısəsi 3 iraqlı güllələyib

Müğənni Şimali İraqda yollarını ayırdığı ortaqlarının qəzəbinə tuş gəlib

 
 
 

Polis Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsi güllələyən şəxslərin izinə düşüb.

Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, müğənninin bu gecə güllələndiyi Şişlidə mehmanxana və bölgədəki iş yerlərinin müşahidə kameraları izlənilib və iraqlı olduğu müəyyənləşdirilən 3 şübhəlinin izinə düşülüb.

“Vatan” yazır ki, öncə müğənninin PKK terror təşkilatı tərəfindən sui-qəsdə uğradığı güman edilsə də, bu ehtimal əsaslı sayılmayıb. Polis İbrahim Tatlısəsin az əvvəl Şimali İraqda yollarını ayırdığı ortaqlarının qəzəbinə tuş gəldiyini real sayır. Qatillərin iraqlı olması və ona “Kalaşnikov” markalı avtomatlardan atəş açılması da bu versiyanı gücləndirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!