14 Mart, 2011
İBRAHİM TATLISƏS GÜLLƏLƏNDİ

Müğənninin durumu ağırdır

 
 
 

Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısesə Şişlidə bir avtomobildən atəş açılıb və o, başından ağır yaralanıb.

Olay zamanı Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. Öncə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3 saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və köməkçisinin durumunun ağır olduğu bildirilir.

Polis cinayətkarları axtarır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!