12 Mart, 2011
İqtisadi İnkişaf Nazirliyi: Bir sıra ərzaq məhsullarının qiyməti ucuzlaşıb

Süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirir

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirir.

Nazirlikdən APA-ya verilən məlumata görə, son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6%, şəkərin 4%-dək, şəkər tozunun 5-6%, yumurtanın 50%-dək, toyuq ətinin 15%-dək, süd məhsullarının isə 2-4% ucuzlaşması qeydə alınıb.

Bundan başqa, kartofun 15%-dək, soğanın 10%-dək, sitrus meyvələrinin isə 15-20% ucuzlaşması müşahidə olunub.

Monitorinq və araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!