12 Mart, 2011
TQDK imtahanın nəticələri açıqladı

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanında ən yüksək nəticə göstərən 86 bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün bu gün test imtahanı keçirib.

Komissiyadan Simsar.az-a bildiriblər ki, artıq imtahanın nəticələri saat 14:50-dən etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan hamısı imtahanda iştirak edib. Namizədlərdən 48 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 86 bal olub.

Xatırladaq ki, müsabiqənin yekun mərhələsi - müsahibə Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!