13 May, 2014
Azərbaycanı təmsil edən robot qalib oldu – FOTO

Tələbələrimizin hazırladığı robot bütün robotları məğlub etdi

Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix"  beynəlxalq  yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılmışdır. "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarının məğlub edib və Qızıl Medala layiq görülüb.

Qafqaz Universiteti  kompyuter  mühəndisliyi ixtisasında təhsil alan Əsəd  Məmmədov və Tərlan Bakirli adlı iki tələbənin iştirak etdiyi bu olimpiada Robot sahəsində dünyada ən səviyyəli olimpiada kimi qəbul olunur.

Qeyd edək ki, olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!