12 Mart, 2011
POLİSLƏR PƏNAH HÜSEYNLƏ ARZU SƏMƏDBƏYLİYƏ TOXUNMADI

Müxalifət siyasətçilərinə meydanda sərbəst gəzişməyə imkan verilib

Müsavat Partiyasının təşəbbüsü ilə bu gün saat 14-00-da başlanan etiraz aksiyası artıq başa çatıb. Etirazçılardan tutularaq Səbail rayonunun 39-cu polis bölməsinə aparılanlarla yanaşı meydandan kənarlaşdırılandan sonra sərbəst buraxılanlar da olub. 

Simsar.az-ın hadisə yerində olan əməkdaşı polislər tərəfindən əhatəyə alınmış meydanın ortasında müxalifət siyasətçilərindən- Pənah Hüseyn və Müsavat Partiyası başqanının müavini Arzu Səmədbəylinin sərbəst gəzişdiyin görüb.  

Aksiyaçıları hadisə yerindən dağıtmaq istəyən polislər onlara toxunmayıb.

Vasif

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!