12 Mart, 2011
MÜSAVAT BAŞQANININ MÜAVİNLƏRİ SAXLANILDI

Polis icazəsiz aksiyaya müdaxilə edib

Müsavat Partiyasının təşəbbüsü ilə bu dəqiqələrdə Bakının Fəvvarələr bağında başlanan etiraz aksiyasında həbslər həyata keçirilir. Aksiyaçılar “İstefa”, “Azad seçki”, “Azadlıq” şüarları səsləndirirlər. 

simsar.az saytı xəbər verir ki, polis Müsavat başqanın müavinləri Arif Hacılı və Tofiq Yaqublunu saxlayıb.  Polis icazəsiz aksiyanı dağıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!