12 May, 2014
II və III qrup qəbul imtahanlarının - CAVABLARI

TQDK II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının düzgün cavablarınmı  açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

TQDK-dan Simsar.az-a verilən xəbərə görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib.

Hazırda imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Bu proses başa çatdıqdan sonra yaxın günlərdə nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.

İmtahan verən abituriyentlər düzgün cavablarla tanış olmaq üçün  aşağıdakı linklərdən istifadə edə bilərlər

 

Azərbaycan bölməsi - II qrup

http://eservices.tqdk.gov.az/exam/a2_2014_etm.htm

 

Azərbaycan bölməsi - III qrup

http://eservices.tqdk.gov.az/exam/a3_2014_etm.htm

 

Rus bölməsi - II qrup

http://eservices.tqdk.gov.az/exam/r2_2014_etm.htm

 

Rus bölməsi - III qrup

http://eservices.tqdk.gov.az/exam/r3_2014_etm.htm

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!