12 Mart, 2011
Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib

Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artır

Tokio-APA. Yaponiyada zəlzələdən zərər çəkmiş “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib. APA-nın məlumatına görə, partlayışdan sonra stansiyanın üzərində ağ bulud topası əmələ gəlib. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb. İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər yaralanıb. Xatırladaq ki, bundan əvvəl rəsmi orqanlar mütəxəssislərin reaktorun müdafiə örtüyünə toplanmış qazın bir hissəsini çıxarmağa müvəffəq olduğunu bildirmişdilər. Nəticədə reaktor daxilində qazı təzyiqi azalıb və radiasiya sızıntısı riski aşağı enib. Daha sonra reaktorun soyudulması üçün bloklara nasoslarla dəniz suyu vurmağa başlayıblar. Lakin görülən tədbirlər lazımi nəticə verməyib və atom elektrik stansiyasında partlayış baş verib. Hazırda AES ətrafında radiasiya fonunun sürətlə artdığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!