12 Mart, 2011
"Gənclik prezidentin ətrafında sıx birləşib"

Daxili işlər naziri "11 mart" aksiyasına münasibət bildirdi

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bir qrup gəncin martın 11-də aksiya keçirmək cəhdinə münasibət bildirib.

APA-nın məlumatına görə, R. Usubov deyib ki, belə cəhdlər əvvəllər də olub: “Bəziləri gəncləri qanunsuz aksiya keçirməyə təhrik edirdi. Lakin dünən baş verənlər onu göstərdi ki, Azərbaycan gəncliyi Azərbaycan xalqının ayrılmaz hissəsi olaraq ölkə prezidentinin ətrafında sıx birləşib və onun apardığı siyasəti dəstəkləyirlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!