12 Mart, 2011
Kəmaləddin Heydərov İspaniya səfiri ilə görüşüb

Görüş tanışlıq məqsədi ilə gerçəkləşib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İspaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kristobal Qonzales-Alleri qəbul edib. 

Simsar.az -ın nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə fövqəladə hallar sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Kəmaləddin Heydərov nazirliyin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək fövqəladə hallar sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib. 


Səfir, öz növbəsində, ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!