11 Mart, 2011
Səudiyyə Ərəbistanında vəziyyət gərginləşir

Bu gün də Səudiyyə Ərəbistanının Əl-Xufuf şəhərində mövcud rejimin əleyhdarı olan 200-dən çox insan küçəyə çıxıb

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyəti istənilən anti-hökumət aksiyasına dözümsüz yanaşacağını bildirsə də, rejim əleyhdarları xəbərdarlığı nəzərə almayıblar. 


Paytaxt Ər-Riyadda isə polis kütləvi aksiyaların keçirilməsinin qarşısını almağa çalışır. Təhlükəsizlik qüvvələri yolları bağlayıb, şəhərin mərkəzindəki məscidlərin yaxınlığında postlar qurub.


Xatırladaq ki, martın 10-da polis Əl-Katif şəhərində aksiyaçılara atəş açıb, 3 nəfər yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!