11 Mart, 2011
Saxlanılanlara heç bir təzyiq edilməyib

Turqut Qəmbər və Əli Əkbərin barmaq izləri götürülüb

Bu günə təyin edilmiş "Böyük Xalq Günü" adlı aksiyada saxlanılan gənclrdən Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər və  yazıçı Əli Əkbər hazırda Nərimanov rayonu 18-ci polis bölməsindədirlər.

Əvvəlcə onların ünvanı dəqiqləşdirilib, ad-soyadları qeyd olunub, daha sonra şəkilləri çəkilib və barmaq izləri götürülüb.

Turqut Qəmbərin jurnalistlərə verdiyi məlumata görə, onlara qarşı hər hansı bir fiziki təzyiqə yol verilməyib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!