11 Mart, 2011
ŞAHVƏLƏD ÇOBANOĞLU SAXLANILDI

Tutulanlar 37-ci polis idarəsinə aparılıb

Bu gün saat 14 radələrində tanınmış jurnalistlər Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, hüquq müdafiəçisi Anar Məmmədov, habelə Nərmin Həsənli və Emin Həsənli polis tərəfindən saxlanılaraq 37-ci polis bölməsinə aparılıblar. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın əməkdaşı Leyla İlqar xəbər verib. 


Onun sözlərinə görə, jurnalistləri "Tarqovı"da "Eynulla Fətullayevə azadlıq" şüarı səsləndirdiklərinə görə saxlayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!