11 Mart, 2011
Nəsimi Rayon Polis İdarəsi açıqlama yaydı

Rəis Məmməd Mikayılov: "Bəzi şəxslərin razılaşdırılmamış aksiya keçirmək cəhdinin qarşısı alınıb, 10 nəfər saxlanılıb"

“Bakıda metronun “28 May” stansiyasının yaxınlığında, Cəfər Cabbarlı meydanında bəzi şəxslər razılaşdırılmamış aksiya keçirməyə cəhd ediblər. Lakin bu cəhdin qarşısı alınıb, lazımi tədbirlər görülüb”.

Bunu jurnalistlərə açıqlamasında Nəsimi Rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov deyib.

M. Mikayılov bildirib ki, yenidən aksiya keçirmək cəhdi göstərilsə, onun da qarşısı alınacaq. Rəisin sözlərinə görə, aksiya iştirakçılarından 10-u saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar arasında Müsavat, AXCP, ADP üzvü olan gənclər, o cümlədən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də var.

Xatırladaq ki, bir qrup gənc sosial şəbəkələrdə 11 martı “Böyük Xalq Günü” elan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!