11 Mart, 2011
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ MƏLUMAT YOXDUR

Orxan Mansurzadə: “Günün sonunda məlumat yayacağıq”

“Aksiya ilə bağlı gənclərin saxlanılması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində heç bir məlumat yoxdur. Məlumat olan kimi, yayacağıq».

Bu barədə DİN-in Analitik -informasiya şöbəsinin rəisi Orxan Mansurzadə Simsar.az-a bildirib. Onun sözlərinə görə, DİN günün sonunda məsələ ilə bağlı məlumat yayacaq.

Mediada artıq “Böyük Xalq Günü” ilə bağlı elan olunmuş aksiyaya görə 10-a yaxın gəncin saxlandığı barədə məlumatlar yayılıb.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!