11 Mart, 2011
Faiq Ağayev onu bıçaqlıyanları bağışladı

Prokuror təqsirləndirilənlərə 14 il 6 aylıq cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Simsar.az - ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Rüfət Məlikovun 9 il, Seymur Məmmədovun 3 il, Natəvan Şərifovanın isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə zərərçəkmiş şəxslərə söz verilib. Faiq Ağayev çıxışında təqsirləndirilən şəxsləri bağışladığını deyib: “Atamın vəsiyyətini yerinə yetirib onları bağışlayıram. Lakin cinayət hadisəsi baş verib və onların əməlinə qanun öz qiymətini verəcək”. Digər zərərçəkmiş şəxslər Ramil Bayramov və Azər Musayev də təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər. 

Proses martın 14-də davam etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!