3 May, 2014
Milli Şurada qalmaqal: Akif Hüseynov istefa verdi

Milli Şuranın üzvü istefa verib. Hüquq müdafiəçisi Akif Hüseynov Milli Şuradan istefa verib.


O, quruma yeni üzvlərin qəbuluna etiraz edib: “Biz özümüz bu gün bir iş görə bilməmişik. Milli Şuraya yeni üzvlərinin qəbulun onun güclənməsinə yox, dağılmasına xidmət edəcək”.

C.Həsənli isə deyib ki, yeni üzvlərin qəbulu bu gün də, bundan sonra da qəbul keçiriləcək: “Müraciət edənlərin qəbulunu Koordinasiya Mərkəzi müzakirə edir və sessiyaya tövsiyə edir. Kim qəbula etiraz edirsə, bu onun öz işidir. Bu adamlar Milli Şuranın işinə xeyri olacaq”.

A.Hüseynov buna etiraz olaraq qurumdan istefa verdiyini bəyan edib və iclası tərk edib. C.Həsənli isə "8 ay bizimlə bir yerdə gəlib, indi getmək yaxşı deyil" - deyə cavab verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!