11 Mart, 2011
Dünya Kubokuna və Avropa çempionatına hansı güləşçilərimiz gedəcək...

Millimizin heyəti açıqlandı

Martın 19-da Dağıstan Respublikasının paytaxtında sərbəst güləşçilər arasında Dünya Kuboku start götürəcək. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Simsar.az ın məlumata görə, Mahaçqalaya yollanacaq heyət AGF-in I vitse-prezidenti Namiq Əliyevin iştirak etdiyi toplantıda açıqlanıb. Dünya Kubokunda ölkəmizi Namiq Sövdümzadə (55 kq), Zəlimxan Huseynov (60 kq), Emin Əzizov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Novruz Təmrəzov (84 kq), Aslanbek Alborov, Cəmaləddin Məhəmmədov (96 kq) və Əli İsayev (120 kq) təmsil edəcəklər.

Toplantıda həmçinin, Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərin də adları elan edilib. Martın 29-dan aprelin 3-nədək qitənin ən güclüləri arasında Almaniyanın Dortmund şəhərində start götürəcək yarışda Azərbaycanın şərəfini Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Aqil Quliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) qoruyacaqlar.

Hər iki mötəbər turnirdə sərbəst güləş yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayev rəhbərlik edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!