11 Mart, 2011
Qaz hesabatı açıqlandı

2011-ci ilin fevral ayında ARDNŞ-nin hasil etdiyi qazdan ölkənin təbii qaz təchizatı sisteminə 845 milyon 262 min kubmetr “mavi yanacaq” verilib

Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ay ərzində yeraltı qaz anbarlarından 527 milyon 441 min kubmetr “mavi yanacaq” götürülüb. 

Bununla da fevral ayında 1 milyard 372 milyon 702 min kubmetr qaz istifadə olunub. 2010-cu ilin fevral ayı ilə müqayisədə bu göstərici 190,0 milyon kub metr çoxdur. Cari ilin fevral ayında sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 1 milyard 022 milyon 029 min kubmetr təbii qaz verilib. Gürcüstana 147 milyon 529 min kubmetr, Rusiyaya 170 milyon 278 min kubmetr qaz ixrac olunub, Naxçıvan Muxtar Respublikasının qaz təminatı üçün İran İslam Respublikasına 32 milyon 866 min kubmetr “mavi yanacaq” ötürülüb.

2011-ci ilin yanvar-fevral ayları ərzində ARDNŞ-nin hasil etdiyi qazdan ölkənin təbii qaz təchizatı sisteminə 1 milyard 708 milyon 994 min kubmetr “mavi yanacaq” verilib. Bundan başqa, yeraltı qaz anbarlarından 1 milyard 078 milyon 245 min kubmetr “mavi yanacaq” götürülmüşdür. Bununla da yanvar-fevral ayları ərzində 2 milyard 787 milyon 239 min kubmetr qaz istifadə olunub. Bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 348,4 milyon kub metr çoxdur. Göstərilən həən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 2 milyard 133 milyon 633 min kubmetr təbii qaz verilib, Gürcüstana 224 milyon 016 min kubmetr, Rusiyaya 359 milyon 240 min kubmetr qaz ixrac olunub. Naxçıvan Muxtar Respublikasının qaz təminatı üçün İran İslam Respublikasına 70 milyon 350 min kubmetr “mavi yanacaq” ötürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!