11 Mart, 2011
Sarkisyan etiraf etdi

“Azərbaycanın mövqeyində irəliləyiş var”

“Dağlıq Qarabağ məsələsində irəliləyiş barədə Latviyanın baş nazirinin sualına cavab verəndə dedim ki, əgər bu sual bir həftə əvvəl verilsəydi, deyərdim ki, hər hansı nəticəni gözləmirəm. Amma Soçidəki görüşdən sonra demək olar ki, Azərbaycanın mövqeyində müəyyən irəliləyiş var”. Simsar.az -ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın prezidenti Serj Sarkisyan Riqada erməni diasporunun nümayəndələri ilə görüşdə deyib.
Sarkisyanın sözlərinə görə, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizama salmasının prinsipləri ətrafında müəyyən razılıq əldə olunacaq. O, ölkələrin həmsədrlərin təklif etdiyi üç əsas prinsip - güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərilə razılığa gələ biləcəyini söyləyib. Sarkisyan bundan sonra yeni danışıqlar mərhələsinin başlayacağını deyib: “Bu zaman bir çox məsələlər detallaşdırılacaq, mümkün detalları müzakirə etməyə başlayacağıq. Mən qeyd etmək istəyirəm ki, prinsiplər üzrə razılıq danışıqların başlanğıcıdır, sonu deyil” .
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlləri martın 5-də Soçidə üçtərəfli görüş keçiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!