11 Mart, 2011
Kitab oxuyun! Kitab oxuyun! Kitab oxuyun!

«Əli və Nino» dörd aylıq layihəsini yekunlaşdırdı

Martın 12-də saat 12.00-da “Əli və Nino” kafesində «Azercell Maksimum Gənc» və «Əli və Nino» mağazalar şəbəkəsi tərəfindən həyata keçirilən “BookClub” layihəsinin yekun təqdimatı olacaq. 

Təqdimata “BookClub”-ın iştirakçıları, müzakirə olunmuş kitabların müəllifləri və jurnalistlər dəvət olunub.
«Book Club» layihəsinin məqsədləri gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, kitab oxumağa həvəs yaratmaq və gənc kitabsevərlərin arasında şəbəkələşməyə nail olmaq idi.

«Book Club» 4 ay ərzində «Azercell Maksimum Gənc» abunəçiləri üçün fəaliyyət göstərmişdir. Gənc kitab həvəskarlarından ibarət dörd qrup («Nizami», «Nəsimi», «Fizuli» və «Xaqani»), ümumilikdə 120 nəfər, ayda bir dəfə verilmiş kitabı müzakirə etmək üçün toplaşdılar. İştirakçılar üçün 500 ədəddən çox kitab pulsuz paylandı. Müzakirələrdə tanınmış yazıçılar, alimlər, sənət adamları və jurnalistlər iştirak ediblər.

Müzakirələr sərbəst şəkildə aparılıb və hər bir gənc iştirakçıya öz fikrini açıq bildirmək və polemika aparmaq, ədəbi biliyini, intellekt səviyyəsini nümayiş etdirmək imkanı yaradılıb.

Gənclər arasında şəbəkələşmə yaranıb. Onlar «Facebook» sosial şəbəkədə “BookClub”a aid fanpage yaradıblar, orada müzakirələrdən çəkilmiş şəkillər yerlışdirilir və kitabların müzakirəsi aparılır ()
Təqdimat zamanı bütün iştirakçılar diplom və hədiyyələrlə təltif olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!