11 Mart, 2011
Yaponiyada 7,9 bal gücündə zəlzələ oldu

Bu gün səhər saatlarında Yaponiyada 7,9 bal gücündə zəlzələ olub

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Tokio şəhərindən 382 kilometr, Senday şəhərindən 179 kilometr uzaqlıqdadır. 

Tokioda binalar silkələnib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Yaponiya Geologiya Xidməti Yaponiyanın şimal-şərq sahillərinə 6 metrlik sunami dalğalarının yaxınlaşdığı barədə xəbərdarlıq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!