11 Mart, 2011
Dövlət Sərhəd Xidmətinin mayoru özünü güllələyib

Dövlət Sərhəd Xidmətinin (DSX) cənub bölgəsində yerləşən Sərhəd Zastavasında ölüm hadisəsi baş verib

Bu barədə APA-ya Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə DSX-nın Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki Sərhəd Zastavasında martın 9-da qeydə alınıb. Zastavada xidmət edən zabit, mayor Raqif Qəniyev tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

DSX-nin Mətbuat Mərkəzindən isə APA-ya bildirilib ki, mayor Raqif Balakişi oğlu Qəniyev odlu silahla davranış zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində aldığı güllə yarasından martın 9-da vəfat edib. Faktla bağlı Lənkəran Hərbi prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!