10 Mart, 2011
Yumurtanın qiyməti yenə düşdü

Toyuqun məhsulu bu dəfə 12 qəpik oldu

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqləri və araşdırmaları davam etdirir.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində toyuq yumurtasının topdan və pərakəndə satış qiymətinin ucuzlaşması qeydə alınıb. Belə ki, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı yumurtanın topdansatış qiymətinin 11 qəpik, bir sıra ticarət obyektlərində isə pərakəndə satış qiymətinin 12 qəpik olduğu müşahidə edilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmaları davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!