30 Aprel, 2014
Azərbaycanda 11 yaşlı uşaq avtomobil qəzasında öldü

Gəncədə azyaşlı piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Simsar.az-ın verdiyi məlumata görə, Gəncə şəhər sakini Göyüşov Vüqar Xasay oğlunun idarə etdiyi VAZ 2107 markalı avtomobil qarşısına çıxan 11 yaşlı Muradov Rəvan İlham oğlunu vurub.

Azyaşlı hadisə yerindəcə keçinib.

Hadisə Gəncə şəhərinin Nərimanov prospektində baş verib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!