30 Aprel, 2014
BVF Ukraynaya 18 milyard dollar verəcək

Beynəlxalq Valyuta Fondu (BVF) bu gün iki illik əməkdaşlıq proqramı çərçivəsində Ukraynaya 14 -18 milyard dollar civarinda kreditin veriməsi barədə qərar qəbul edəcək.

Simsar.az-ın verdiyi məlumata görə, BVF-nun xarici əlaqələr departamentinin rəhbəri Cerri Raysın sözlərinə görə, 30 apreldə fond Ukrayna hökumətindən bütün müvafiq sənədləri alıb.

Ukrayna Maliyyə Nazirliyinin proqnozlarına görə, kreditin birinci tranşı 3 milyard dollar ola bilər. Bu vəsaitin bir hissəsi büdcəyə, qalanı isə Milli Bankın rezervlərinin doldurulmasına yönələcək.

Stand-by adlı ikiillik proqram çərçivəsində Ukraynaya 27 milyard dollar həcmində böyük maliyyə köməkliyi nəzərdə tutulur.

BVF ilə əməkdaşlıq Ukrayna dövlətinə ABŞ, Yaponiya və AB ölkələrindən maliyyə yardımı almağa da imkan yaradacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!