30 Aprel, 2014
Microsoftdan Obamaya dəstək

Microsoft korporasiyası məktəblilərin Windows əməliyyat sistemi ilə işləyən kompüterlərə sahiblənməsinə kömək etmək üçün 1 milyard dollar xərcləyəcək

Şirkətin rəsmi bəyanatına istinad etmiş CNET nəşri bu haqda yazıb.

Simsar.az ICTnews-a istinadən bildirir ki, Microsoft Education texnologiyaları üzrə direktor Evans Kameron deyib ki, ABŞ şagirdlərinin hamısı texnologiyalara çıxış imkanına malik deyil. Şirkət məhz bu problemi həll etmək niyyətindədir.

Microsoft və onun tərəfdaşları (Acer, Asus, Dell, Fujitsu, HP, Lenovo, Panasonic və Toshiba) ABŞ məktəblilərinə Windows əsaslı kompüterləri güzəştlə təşkil edəcəklər. Kompüterlərin qiyməti 300 dolları ötməyəcək.

ABŞ hökuməti, həmçinin təhsildə texnoloji sistemlərin inkişafında maraqlıdır. Prezident Barak Obama bundan əvvəl ConnectED təşəbbüsünü irəli sürüb. Nəticədə məktəblilərin 99%-i yüksəksürətli internetə çıxış əldə etməlidir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!