30 Aprel, 2014
Ukraynanın Rusiyaya borcu açıqlandı

Ukraynanın Rusiyadan aldığı qaza görə borcu aprel ayının 30-na görə 3,492 milyard dollar təşkil edir

Simsar.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti məlumat yayıb.

Şirkətin sözçüsü Sergey Kupriyanovun məlumatında qeyd olunur ki, Ukraynanın “Naftoqaz Ukraina” şirkətinin sifarişinə görə, biz onlara aprel ayı üçün olan qazı göndərmişik. Onların Rusiya qazına olan ümumi borcu isə artıq 3,492 milyard dolları aşıb.

Xatırladaq ki, “Naftoqaz Ukraina”nın mart ayına olan borcu 2,2 milyard dollar idi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!