30 Aprel, 2014
Merkel Rusiyanı hədələdi

Almaniya kansleri Angela Merkel Ukraynadajkı böhranla bağlı Rusiyanı yeni sanksiyalarla hədələyib

Simsar.az xəbər verir ki, bu barədə o, Berlində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra bəyan edib.

“Vacibdir ki, Ukraynada mayın 25-ə təyin edilmiş prezident seçkiləri vaxtında baş tutsun. Ölkənin gələcəyi ilə bağlı məsələni kimsə başqası yox, yalnız Ukrayna əhalisi azad və ədalətli seçkilərin gedişində həll edə bilər”, - deyə kansler bildirib. Onun sözlərinə görə, Rusiya ilə danışıqlar nəticə verməsə, “o zaman yeni sanksiyalara getməkdən çəkinmək lazım olmayacaq”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!