30 Aprel, 2014
"Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsini…”

"Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsini həl etməyin vacibliyini göstərdi". Simsar.az ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında münasibətlər çox mühümdür və bu münasibətlər yaxşı səviyyədədir, lakin problemlərdən xali deyil.

Səfir bildirib ki, Ukraynadakı hadisələr qarşılıqlı münasibətlərin vacibliyini nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan və ABŞ dövlətlər arasında münasibətlərin gücləndirilməsi üzərində çalışmalıdırlar: "Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini göstərdi. Bu münaqişə regionda qeyri-sabitlik yaradır və heç kəsə üstünlük vermir. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli məqsədilə konkret addımların atılması üçün birgə işləməlidirlər".

R.Morninqstar vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq etmədən bunu etmək olduqca çətin olacaq".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!