30 Aprel, 2014
Birinci divizionun təqvimində dəyişiklik edildi

May ayında “Araz Naxçıvan” klubunun ev oyunlarının keçirildiyi Naxçıvan Muxtar Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin sıxlığını nəzərə alaraq Futbol üzrə Azərbaycan birinci divizionunun təqvimində dəyişikliklər edilib.

Simsar.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, futbol üzrə Azərbaycan birinci divizionunda 29-cu turun “Araz Naxçıvan” – “Mil-Muğan” və “Bakılı” – “Energetik” oyunları 11 may 2014-cü il tarixdən 7 may 2014-cü il tarixə keçirilib.

Futbol üzrə Azərbaycan birinci divizionunda 30-cu turun “Araz Naxçıvan” – “Energetik” oyunu 18 may 2014-cü il tarixdən 12 may 2014-cü il tarixinə dəyişdirilib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!