10 Mart, 2011
Səfər Əbiyev Brüsselə gedib

Martın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Brüsselə gedib

Bu barədə Simsar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. S.Əbiyev NATO Baş katibinin dəvət ilə Şimali Atlantika Şurasının İSAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələrinin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüsselə yola düşüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!