30 Aprel, 2014
Zakir Həsənovdan yeni kadr islahatı - TƏYİNATLAR

Azərbaycan Silahlı Qüvvələrinin III ordu birləşməsinə yeni qərargah rəisi təyin edilib

Hərbi mənbələrdən verilən məlumata görə, korpusun qərargah rəisi postuna polkovnik Gəray Bağırov təyinat alıb. G. Bağırov uzun müddət Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb. Ondan əvvəl isə bir müddət III ordu birləşməsinin komandanı vəzifəsini (general-mayor Fikrət Məmmədovdan sonra) icra edib. G. Bağırov sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən «vurulmuş» zabitlərdən sayılıb.

Qeyd edək ki, bir müddət əvvəl III ordu birləşməsinin qərargah rəisi, polkovnik Xəqani Cəbrayılov II ordu korpusuna qərargah rəisi təyin olunub(apa).


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!