10 Mart, 2011
Əfqanıstan prezidentinin əmisi oğlu güllələndi

Əfqanıstan prezidenti Həmid Kərzayinin əmisi oğlunu öldürüblər

APA-nın məlumatına görə, bu xəbəri prezidentin kiçik qardaşı Əhməd Vəli təsdiqləyib. Onun sözlərinə görə, əmisi oğlu Hacı Yar Məhəmməd Xan Kərzayi amerikalılar tərəfindən səhvən öldürülüb. İnsident hərbçilərin prezidentin doğma kəndi Kərzada keçirdikləri reyd zamanı baş verib. Evlərdən birinə hücum edən hərbçilər içəridə olan prezidentin əmisi oğlunu güllələyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!