30 Aprel, 2014
Teatrımız Beynəlxalq Festivalda iştirak edəcək

Beynəlxalq əlaqələrini genişləndirmək üçün bir sıra layihələr həyata keçirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi növbəti festivala hazırlaşır. Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alan kollektiv may ayının 5-də yola düşəcəkdir. Türkiyə, Rusiya Federasiyası, İran, Gürcüstan və dünyanın bir sıra ölkələrindən olan teatrların qatıldığı festivalda Dövlət Gənc Tamaşaçılar Teatrından dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası nümayiş olunacaq.  Tamaşanın  quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan  (Anar Səfiyev) bəhs edir.

Məlumat üçün bildirək ki, ötən il P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa  sözügedən festivalda iştirak edərək mükafata layiq görülüb

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!