10 Mart, 2011
Həmsədrlər martın 15-də Azərbaycana gələcəklər

Robert Bradtke (ABŞ), Bernat Fasie (Fransa) və İqor Popov (Rusiya) martın 15-də Azərbaycana səfər edəcəklər

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycan rəsmiləri ilə danışıqlar apardıqdan sonra həmsədrlər elə həmin gün İrəvana yollanacaqlar: “Münaqişənin nizamlanması istiqamətində iş davam edir, daha konkret müzakirələr aparılır”.

Nazir həmsədrlərin regiona səfirlərinin prezidentlərin Soçi görüşündə razılaşdırıldığını da sözlərinə əlavə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!