10 Mart, 2011
XİN başçılarının görüşü keçiriləcək

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

“Prezidentlərin Soçi görüşündə bəzi konstruktiv məqamlar səsləndi. Proses davam edir. Prezidentlərin tövsiyəsi ilə xarici işlər nazirləri səviyyəsində bir neçə görüşün keçirilməsi gözlənilir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, çox güman ki, bu dəfə də Rusiyanın təşəbbüsü ilə yaxın vaxtlarda bu ölkənin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüşün yeri və konkret tarixi isə hələlik məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!