10 Mart, 2011
Polis martın 11-i hansı şəraitdə işləyəcək?

Orxan Mansurzadə: “Bunun üçün gücləndirilmiş iş rejimi lazım deyil”  

«Martın 11-də polislər gücləndirilmiş rejimdə olmayacaq. Onlar adi iş günlərində olduğu kimi işləyəcəklər. Ümumiyyətlə, icra orqanları tərəfindən razılaşdırılmadan, qanunsuz şəkildə keçirilən mitinqlərin qarşısının alınmasında polislərin yetərincə gücü və qüvvəsi var. Bunun üçün gücləndirilmiş iş rejimi lazım deyil”.  

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Analitik informasiya şöbəsinin rəisi Orxan Mansurzadə bildirib.

Facebook sosial şəbəkəsində “11 mart -Böyük Xalq Günü” virtual qrupu sabah virtual etiraz aksiyası keçirəcəklərini bəyan edib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!