10 Mart, 2011
Martın 27-də yay vaxtına keçirik

Həmin gün saatların əqrəbi 1 saat irəli çəkiləcək

Mart ayının sonuncu bazar günü Azərbaycan ərazisində yay vaxtına keçid tətbiq olunacaq. Nazirlər Kabinetinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, martın 27-də, ayın sonuncu bazar günü saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq.


Xatırladaq ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir olur və saatlar bir saat geri çəkilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!